AZ

Səudiyyə Ərəbistanı BAEA nın növbəti dövr üçün Direktorlar Şurasının üzvü seçilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qahirə, 20 sentyabr, AZƏRTAC

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransının Vyanada keçirilən 69-cu iclasında Səudiyyə Ərəbistanı 2027-ci ilə qədər növbəti dövr üçün Direktorlar Şurasının üzvü seçilib.

AZƏRTAC xəbər verir ki, 35 üzvdən ibarət olan Direktorlar Şurası agentliyin qərar qəbul edən mühüm orqanlarından biridir.

Şura, xüsusilə “Nüvə silahlarının yayılmaması barədə müqavilə”yə tərəfdar olan ölkələrin fəaliyyətlərinin sülh məqsədli olmasına dair təminatların verilməsinə nəzarət etmək, həmçinin agentliyin maliyyə hesabatlarını, proqramını və büdcəsini dəyərləndirərək Baş Konfransa tövsiyələr vermək səlahiyyətlərinə malikdir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı sonuncu dəfə 2022–2024-cü illər ərzində Agentliyin Direktorlar Şurasında təmsil olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
azertag.az

2Mənbələr