AZ

Adnan Əhmədzadənin məşhur “bir dənə çay verərsən” şousu - VİDEO

Musavat.com xəbər verir ki, hal-hazırda Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmiş Adnan Əhmədzadə uzun illər ərzində özünü zəngin, dəbdəbəli həyat tərzi ilə tanıdan simalardan biri kimi tanınıb.

Onun Azərbaycandan xaricdə müxtəlif məşhurlarla, dünyaca ünlü futbolçularla yaxın münasibətlər saxlaması, özəl məclislərdə, bahalı restoranlarda görüntülənməsi hər zaman ictimaiyyətin diqqətində olub. Çünki Adnan və onun həyat yoldaşı öz həyat tərzlərini gizlətmir, tam əksinə, hər şeyi çəkdirib, öz hesablarında (əsasən instagramda) yayırdılar.
Adnanın həbsindən sonra onun həyat yoldaşı öz hesablarına "əl gəzdirib". Lakin Adnan Əhmədzadənin "İnstagram" hesabı toxunulmamış qalır...

Əhmədzadənin sosial şəbəkələrdə məşhurlaşan bir “şousu” da olub. O, futbol dünyasının məşhur simalarına “bir dənə çay verərsən” mem-ini təkrar etdirməkdən xüsusi zövq alırdı. Bu videoları isə şəxsi “Instagram” hesabında paylaşaraq geniş izləyici auditoriyasına nümayiş etdirirdi.

Musavat.com-un təqdim etdiyi məlumatlara görə, belə paylaşımlardan ikisi xüsusilə yadda qalıb: onlardan biri tanınmış futbolçu ilə, digəri isə “Barselona” klubunun hazırkı prezidenti Joan Laporta ilə olub.

İspaniyanın “Barselona” futbol klubu dünyanın ən tanınmış idman brendlərindən biridir. Klubun prezidenti Joan Laporta ilk dəfə 2003–2010-cu illərdə bu vəzifəni icra edib, 2021-ci ildə isə yenidən prezident seçilib. Onun rəhbərliyi dövründə “Barselona” həm maliyyə böhranları ilə mübarizə aparıb, həm də dünyanın ən populyar futbol komandalarından biri kimi qalmaqda davam edib. Laporta Lionel Messi dövrünün uğurlarının əsas memarlarından hesab olunur və klubun idarəçiliyində güclü siyasi və iqtisadi təsirə malikdir.

Adnan Əhmədzadənin Laporta ilə bir masa arxasında çəkilmiş videoları və onun məşhur “çay verərsən” məzəli təkrarları isə indi keçmiş dəbdəbəli həyatının simvollarından biri kimi xatırlanır.

Musavat.com

Seçilən
43
27
musavat.com

10Mənbələr