AZ

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib (FOTO)

Xankəndi. Trend:

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konsertikeçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xankəndişəhərində Uşaq İncəsənət Festivalının qaliblərinin iştirakı iləkonsert proqramı təşkil olunub.

Azyaşlı musiqiçilərin maraqlı ifaları tamaşaçılarda xüsusibayram əhval-ruhiyyəsi yaradıb. Xüsusilə uşaqlar üçün nəzərdətutulan çıxışlar festivalın ən yadda qalan məqamlarından biriolub.

Hazırda şəhərdə bayram coşqusu davam edir. Günün yekunundaXankəndi şəhərinin Zəfər meydanında şəhər günü münasibətiləgenişmiqyaslı musiqili konsert proqramı təşkil olunacaq.

Qeyd edək ki, bu gün Xankəndi şəhərində bayram tədbirləriAzərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə vəXocalı rayonlarında xüsusi nümayəndəliyinin və AzərbaycanRespublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı iləkeçirilir.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Məqalədə:
Seçilən
43
9
az.trend.az

10Mənbələr