AZ

Azərbaycan paracüdoçusu Avropa çempionu olub

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının qalibi olub.

BAKU.WS xəbər verir ki, o, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.

Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Qeyd edək ki, İ.Zəkiyev bununla da 9-cu dəfə Avropa çempionu adını qazanıb.

Seçilən
13
18
far.az

10Mənbələr