AZ

Kiyevdə Özbəkistan vətəndaşlarına alçaldıcı münasibət: Əməli törədənlər həbs olundu

Ukraynanın Kiyev vilayətində Özbəkistan vətəndaşlarını kənd təsərrüfatı müəssisələrində işləməyə məcbur edən bir qrup şəxs həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Məlumatına görə, bu sxemi Ukraynada müvəqqəti yaşamaq icazəsi olan 51 yaşlı Çin vətəndaşı təşkil edib. Daha iki Çin vətəndaşı, bir tailandlı qadın və beş ukraynalı ona kömək edib. Həmçinin, prokurorluq həbs olunanlar arasında Özbəkistan vətəndaşının da olduğunu açıqlayıb.

Bildirilib ki, saxlanılan şəxslər xarici şərikləri vasitəsilə yaşı 22-42 arasında olan 13 Özbəkistan vətəndaşını taparaq onlara yüksək maaş təklif ediblər. Ukraynaya gəldikdən sonra onların pasportları əlindən alınıb, qanunsuz olaraq Kiyev vilayətində iki kənd təsərrüfatı müəssisəsində kənd təsərrüfatı işləri ilə məşğul olmağa məcbur ediliblər. Məlumatda deyilib ki, zərərçəkənlər üçün son dərəcə alçaldıcı iş və məişət şəraiti yaradılıb, onların hərəkəti ciddi şəkildə məhdudlaşdırılıb.

Hüquq-mühafizə orqanları insan alveri maddəsi ilə cinayət işi açıb. Bu cinayətə görə maksimum cəza 12 ilə qədər həbsdir.

Məcbur əməkdən azad edilən Özbəkistan vətəndaşları xəstəxanaya yerləşdirilib, yaxın vaxtlarda vətənlərinə qaytarılacaq.

Özbəkistan Xarici İşlər Nazirliyi bundan əvvəl məsələ ilə əlaqədar Ukraynaya nota vermişdi.

Seçilən
36
teleqraf.com

1Mənbələr