Formula 1 rəsmən təsdiqləyib ki, Bakıdakı Azərbaycan Qran-prisi 2030-cu ilə qədər dünya çempionatının təqvimində yer alacaq. Qeyd edək ki, paytaxt küçələri boyunca salınan, döngələri və yüksək sürətli yolları ilə tanınan Bakı şəhər trası müasir Formula 1-in ən möhtəşəm mərhələlərindən birinə çevrilib. 2017-ci ildən keçirilən yarışlar azarkeşlərə dəfələrlə gözlənilməz nəticələr və yadda qalan hadisələr bəxş edib. Müqavilənin uzadılması Azərbaycanın dünya avtoidmanındakı mövqeyini daha da möhkəmləndirir və Formula 1-in məşhur şəhərlərdə küçə yarışlarını qoruyub-saxlama strategiyasını təsdiqləyir. Növbəti Azərbaycan Qran-prisi 2026-cı il sentyabrın 25–27-də baş tutacaq.