AZ

Paşinyan II Qaregini hədələdi: getməlidir! 

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabr və ya oktyabrda Eçmiədzində bütün ermənilərin katolikosu II Qareginə qarşı mitinqin keçiriləcəyini bildirib və belə bir təşəbbüsün kilsəyə qarşı deyil, daha çox onun təmizlənməsinə yönəldiyini vurğulayıb.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Mən kilsəyə qarşı nəsə etmək istədiyimiz barədə qərəzli fikirdən irəli gələn sualları qəbuledilməz hesab edirəm. Mən həmişə demişəm: Erməni Apostol Kilsəsi mənim ziyarətgahımdır, ailəmin ziyarətgahıdır, şəxsi ziyarətgahımdır. Mən müqəddəs yerimə qarşı gedə bilmərəm. Etməyi planlaşdırdığımız hər şey kilsənin adınadır", - o qeyd edib.

Paşinyan katolikosu (adını çəkmədən) kəskin tənqid edib.

"Ruhani həyata heç bir aidiyyatı olmayan və dindar olmayan şəxsin Erməni Apostol Kilsəsinə rəhbərlik etməsi qəbuledilməzdir. Bu, mümkün deyil. Bu faktı qeydə almaq qalır".

O, II Qareginin Erməni Apostol Kilsəsinin rəhbərliyindən getməli olduğunu vurğulayıb.

Yeni Konstitusiyada kilsə ilə bağlı müddəanın dəyişdirilməsinin mümkünlüyünü şərh edən baş nazir əlavə edib ki, ideya kilsənin dövlətə tabe olması deyil:

“Mən kilsənin Rəbbimiz və peyğəmbərimiz İsa Məsihə tabe olmasını istəyirəm, çünki bu, Məsihin kilsəsidir”.

O, həmçinin qeyd edib ki, kilsə ilə bağlı konstitusiya müddəaları hələ müzakirə olunmayıb, müvafiq nəzəri və ya siyasi müzakirələr hələ də aparılmayıb.

Seçilən
75
1
modern.az

10Mənbələr