AZ

Meksikalı turist: Azərbaycanda Formula 1 sevgisini hiss etmək olur

BAKI, 20 sentyabr. TELEQRAF

“Buradakı atmosfer fərqlidir, digər yarışlarla müqayisədə daha rahatdır. Bakını da gəzdim, çox gözəl idi. Xəzər dənizi və xüsusilə İçərişəhər valehedicidir. Azarkeşlər həqiqətən həvəslidir və çox qonaqpərvərdir. Formula 1 sevgisini hiss etmək olur”.

Bunu Teleqraf-a açıqlamasında Formula 1 Azərbaycan Qran Prisində iştirak edən meksikalı turist Karlos Medina deyib.

O, iki gündür davam edən yarışla bağlı möhtəşəm təəssüratlarının olduğunu qeyd edib: “Atmosfer, maşınların səsi, azarkeşlərin enerjisi, bir sözlə, hər şey inanılmazdır. Tamamilə fərqli hisslər yaşadım. Meksikadan bura uzun uçuş oldu, amma buna dəyərdi. Şarl Lekler formamı imzaladı, bu mənim üçün çox xoş bir xatirə oldu. Təşkilat və hər şey çox peşəkardır”.

Fürsətdən istifadə edərək şəhəri tanımağa çalışan turist Bakını bəyəndiyini də qeyd edib: “Yeməklər əladır, xüsusilə plov və kabablar çox dadlı idi. Amma tıxac və isti bir az çətinlik yaratdı. Dolmanı da sınadıq, çox möhtəşəm idi. İnsanlar xüsusilə Formula 1 zamanı çox yaxşı geyinirlər və yerli mədəniyyət çox zəngindir. Qonaqpərvərlik möhtəşəmdir; yerli əhali mehriban və həmişə kömək etməyə hazırdır. Azərbaycana yenidən gəlmək istərdim, ya başqa yarış üçün, ya da ölkəni daha çox kəşf etmək üçün”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 21-də yekunlaşacaq.

Seçilən
21
teleqraf.com

1Mənbələr