AZ

Azərbaycanda bu məhsul ikiqat bahalaşdı - Video

Ötən illərlə müqayisədə balığın qiyməti xeyli artıb. Əvvəllər 1 kiloqram balıq orta hesabla 7-8 manat idi, hazırda isə 14-15 manata təklif olunur. Satıcılar bildirirlər ki, qiymət balığın növünə, çəkisinə, hansı bölgədən gəldiyinə və yetişdiyi mühitə - çay, dəniz və ya göl - görə dəyişir.
ONN media ATV-yə istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi bazarlarda süni qiymət artımının qarşısını almaq üçün yarmarkalar təşkil edir. Alıcılar deyirlər ki, burada qiymətlər nisbətən ucuz olur.
Bazarlarda həm yerli, həm də xarici növ balıqlar satılır. Qiymət aralığı isə 4 manatdan başlayır və mövsümün ən bahalı balığı 15 manata qədər olur.
Satıcılar qeyd edirlər ki, balıq satışının yarmarkası artıq yekunlaşdığı üçün insanlar bazarlardakı məhsulları normal qiymətə almağa məcburdur, bu isə müştərilərin cibinə uyğun olmur.
Ətraflı süjetdə:

Seçilən
32
12
onn.az

10Mənbələr