Adnan Əhmədzadə barədə qərar verilib.

Offsideplus.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Qeyd edək ki, A. Əhmədzadə futbol ictimaiyyətinə yaxından tanışdır. O, əsasən Lionel Messinin dostu kimi tanınırdı.

Eyni zamanda bu ilin əvvəlində I Liqada mübarizə aparan "Mingəçevir" klubunu satın almışdı.