AZ

Macarıstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 80% artırıb

Bakı. Trend:

Cari ilin ilk 6 ayı ərzində Macarıstandan Azərbaycana birbaşaxarici investisiyaların həcmi 166,206 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,979milyon dollar və ya 80,2% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Macarıstandan olan investisiyaların payı 3,1%-dən 5,2%-əyüksəlib. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox birbaşainvestisiya etdiyi xarici ölkələr siyahısında 7-ci pillədəqərarlaşıb.

2024-cü ilin ilk yarımili ərzində Macarıstandan Azərbaycanabirbaşa xarici investisiyaların ümumi həcmi 92,227 milyon dollartəşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya35,2% çoxdur.

Seçilən
49
2
az.trend.az

3Mənbələr