AZ

Azərbaycan Yaponiya iqtisadiyyatına investisiya qoyuluşunu 38% artırıb

Bakı. Trend:

Cari ilin ilk 6 ayı ərzində Yaponiyadan Azərbaycana birbaşaxarici investisiyaların həcmi 107,987 milyon ABŞ dolları təşkiledib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 16,218milyon dollar və ya 13% azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Yaponiyadan olan investisiyaların payı 3,4% təşkiledib.

Azərbaycan isə öz növbəsində, cari ilin ilk 6 ayı ərzindəYaponiya iqtisadiyyatına 7,849 milyon dollar sərmayə qoyub ki, buötən ilin eyni dövrü ilə müqayisədə 2,164 milyon dollar və ya 38,1%çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyayayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,6% təşkiledib.

2024-cü ilin ilk yarımili ərzində Yaponiyadan Azərbaycanabirbaşa xarici investisiyaların ümumi həcmi 124,205 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 5,685 milyon dollartəşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya35,2% çoxdur.

Məqalədə:
Seçilən
5
2
az.trend.az

3Mənbələr