AZ

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Operativ Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verdi.

Ruanda Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Seçilən
5
49
operativmedia.az

10Mənbələr