Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə start verilib.
Modern.az xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparır. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.
Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.
Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.