AZ

Rusiya bu gecə 600-ə yaxın PUA ilə hücum edib – Zelenski

Bütün gecə Ukrayna Rusiyanın kütləvi hücumu altında olub.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya 40 qanadlı və ballistik raket və 580-ə yaxın drondan istifadə edib.

Zelenski qeyd edib ki, Rusiya mülki infrastrukturu, yaşayış sahələrini hədəf alıb: "Dneprdə çoxmərtəbəli binaya birbaşa raket zərbəsi endirilib.

Hücum nəticəsində onlarla yaralı var. Təəssüf ki, üç nəfər ölüb".

Ukrayna lideri qeyd edib ki, Rusiyaya qarşı güclü beynəlxalq cavab lazımdır: "Ukrayna özünü və Avropanı qoruya biləcəyini sübut etdi, lakin etibarlı bir qalxan üçün birlikdə hərəkət etməlidirlər: hava hücumundan müdafiəni gücləndirmək, silah tədarükünü artırmaq, Rusiya hərbi maşınına və onu maliyyələşdirən sahələrə qarşı sanksiyaları genişləndirmək. Rusiyaya qarşı hər bir məhdudiyyət xilas edilmiş həyatdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
51
10
olaylar.az

10Mənbələr