Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, artıq 1 il 7 aydır Ermənistan-Azərbaycan sərhədində heç bir əsgər həlak olmayıb və yaralanmayıb.
"Bu - sülhdür. Müstəqillik əldə etdiyimiz gündən bəri belə dövr olmamışdı. Bu, sülhdür və gələcək illərdə də davam etməlidir", - deyə Paşinyan vurğulayıb.
Baş nazir qeyd edib ki, Ermənistan yeni bir eraya daxil olub. Onun sözlərinə görə, 8 avqust tarixi uzunmüddətli prosesin zirvəsi və iki ölkə arasında sabitliyin təsdiqi kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31