AZ

Alanyada yanğın – sakinlər təxliyə edilib

Yaşayış binalarına yaxınlaşan meşə yanğınları səbəbindən sakinlər təhlükəli ərazidən təxliyə edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğının episentri bir neçə saat ərzində yaşayış binalarına yaxınlaşıb. Yanğınsöndürənlər yanğını söndürmək üçün istifadə etdiyindən binalarda su yoxdur.

Təxliyə edilənlər arasında Rusiyadan olan bir ailə də var. Helikopterlər yanğını söndürməyə çalışır.

Qeyd edək ki, hər il yay mövsümündə Türkiyənin kurort zonalarındakı meşə massivlərində yanğınlar baş verir. Yanğınların həm təbii səbəblərdən (ildırım düşməsi, efirli bitkilərin günəş şüasından təsirlənərək alışması), həm səhlənkərlıqdan (qalanmış ocağı söndürməmək, quru otların arasına yanan siqaret atmaq), həm də təxribat (kolları, otları bilərəkdən odlamaq) üzündən baş verdiyi bildirilir.

Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr