AZ

Qobustanda AĞIR QƏZA: Avtomobil dərəyə aşdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-cı kilometrliyində qeydə alınıb.
Məzahir Qaryağdı oğlu Osmanovun idarə etdiyi "Opel" markalı, 77-DZ-897 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun yağışlı olması səbəbindən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, hadisə nəticəsində avtomobilə və yol infrastrukturuna ziyan dəysə də, xəsarət alan olmayıb:
"Sürücülərdən bir daha xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsin. Hava şəraitini və yolun asfalt örtüyünün yaş olmasını nəzərə alaraq sürət həddini minumuma endirsinlər ki, yol-nəqliyyat hadisəsi baş verməsin".
Samir Əli
Seçilən
31
1
oxu.az

2Mənbələr