AZ

AĞIR QƏZA: Avtomobil dərəyə aşdı

Ajans.az xəbər verir ki,hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-cı kilometrliyində qeydə alınıb. Məzahir Qaryağdı oğlu Osmanovun idarə etdiyi "Opel" markalı, 77-DZ-897 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun yağışlı olması səbəbindən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, hadisə nəticəsində avtomobilə və yol infrastrukturuna ziyan dəysə də, xəsarət alan olmayıb:

"Sürücülərdən bir daha xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsin. Hava şəraitini və yolun asfalt örtüyünün yaş olmasını nəzərə alaraq sürət həddini minumuma endirsinlər ki, yol-nəqliyyat hadisəsi baş verməsin"./oxu.az

Seçilən
30
1
Ajans.az

2Mənbələr