AZ

Yüksək ixtisaslı işçilərin ABŞ vizası alması çətinləşdi – $100 min tələb olunacaq

ABŞ hökuməti ölkəyə yüksək ixtisaslı işçilərin cəlb olunması prosesini kəskin şəkildə çətinləşdirib.

FED.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp fərman imzalayıb.

Fərmana əsasən H-1B kateqoriyalı vizaların verilməsi qaydası dəyişib. Bu vizalar əsasən başqa ölkələrdə olan yüksəkixtisaslı ABŞ-da işləməyə gəlməsi üçün alınır.

İndi bu vizanın alınması üçün həmin işçiləri işə götürən ABŞ şirkətləri 100 min dollar ödəməli olacaqlar.

ABŞ hökuməti elan edib ki, bu dəyişikliklər ABŞ biznesini xaricdən işçi gətirməkdənsə, yerli işçilər hazırlamağa vadar etməlidir.

Seçilən
43
fed.az

1Mənbələr