AZ

Azərbaycandan Türkmənistana dəhliz mesajı: Hazırıq

BAKI, 20 sentyabr. TELEQRAF

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda yataqların işlənməsi layihələrində iştirak etməkdə maraqlıdır”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Türkmənistanın Avaza şəhərində keçirilən TIF 2025 İnvestisiya Forumunda bildirib.

Nazir müavini enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edərək, Azərbaycanın əsas elektrik enerjisi istehsalçısı və ixracatçısı kimi Türkmənistandan Azərbaycana və daha sonra üçüncü ölkələrə tədarük üçün tranzit dəhlizi təklif etməyə hazır olduğunu vurğulayıb.

S.Ələkbərov vurğulayıb ki, Türkmənistanla əməkdaşlıq Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı və Orta dəhlizinin səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, yanvar-iyul aylarında iki ölkə arasında tranzit yüklərin həcmi ötən illə müqayisədə 13 artaraq, 1 milyon tonu ötüb. Yüklərin təxminən 76 faizi dəmir yolu ilə daşınıb.

Seçilən
81
teleqraf.com

1Mənbələr