Bakıda təşkil olunmuş Formula 1 üzrə dünya çempionatında bu gün Azərbaycan qran-prisinin ikinci gününə start veriləcək.
Arena.az xəbər verir ki, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
Daha sonra Formula 2 üzrə sprint yarışı, ardınca Formula 1-də sıralama turu baş tutacaq.
Azərbaycan Qran-prisində ikinci günün proqramı belədir:
20 sentyabr
12:30. Formula 1: Üçüncü sərbəst yürüş
14:15. Formula 2: Sprint yarışı
16:00. Formula 1: Sıralama turu
Qeyd edək ki, Azərbaycan qran-prisinə sentyabrın 21-də baş tutacaq əsas yarışla yekun vurulacaq.
error: Məzmun qorunur!