AZ

Nazirlikdən dabaq xəstəliyi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ölkənin müxtəlif bölgələrində mal-qarada dabaq xəstəliyinin sürətlə yayılması, nəticədə isə heyvanların kütləvi şəkildə tələf olması ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olmuşdu. Fermerlər bildirirdilər ki, aparılan peyvəndləmə tədbirləri gözlənilən effekti vermir, yoluxmuş heyvanlar xəstəliyi çox ağır keçirir və ölüm halları ilə nəticələnir.


Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığımız sorğuya cavab verilib. Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, hazırda Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin əməkdaşları tərəfindən bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların peyvəndlənməsi həyata keçirilir:

“Heyvan xəstəlikləri ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir, baytarlar tərəfindən təsərrüfatlara gedilərək lazımi dəstək göstərilir. Əməkdaşlarımız peyvəndləmə işləri ilə paralel olaraq dezinfeksiya işləri də aparırlar. Heyvan xəstəliklərinin vaxtında aşkarlanması və preventiv tədbirlərin görülməsi məqsədilə təsərrüfatlarda müntəzəm monitorinqlər keçirilir, yerlərdən məlumatlar toplanır və operativ reaksiya göstərilir.”

Açıqlamada o da vurğulanıb ki, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzindəoperativ məlumat toplayan və analiz edən xüsusi qrup yaradılıb:

“Qrupa daxil olan məlumatlar əsasında əməkdaşlar rayonlara ezam edilir və yerində vəziyyətlə tanış olurlar.”

Seçilən
29
1
news365.az

2Mənbələr