AZ

Azəri Çıraq Günəşli dən indiyədək çıxarılan neft qazın həcmi açıqlandı

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından indiyədək 613 milyon ton neft, 239 milyard kubmetr qaz hasil olunub.

Modern.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, qaz hasilatının 61,3 milyard kubmetri Azərbaycan dövlətinə ötürülüb.

Cari ilin ilk 8 ayında AÇG üzrə orta gündəlik neft hasilatı 44 min ton, gündəlik neft ixracı isə 327 min barel təşkil edib.

AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.

Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də AÇG-nin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalanıb.

2017-ci il sentyabrın 14-də AÇG üzrə neft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilib və yenidən tərtib olunaraq imzalanıb. Yeni sazişlə müqavilə müddəti 2050-ci ilədək uzadılıb.

2019-cu ildə Azəri-Mərkəzi- Şərqi (ACE) layihəsi üzrə yekun investisiya qərarı qəbul edilib. 2024-cü ildə ACE-dən ilk neft hasil olunub. ACE üzrə bu günədək 1,4 milyon ton neft, 228 milyon kubmetr qaz hasil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
6
modern.az

10Mənbələr