AZ

ACE platformasından indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunda yerləşən “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasından bu günədək 1,4 mln. ton neft hasil olunub.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ACE layihəsi çərçivəsində indiyədək 228 mln. kubmetr qaz hasil olunub.

Qeyd olunur ki, “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ildə qəbul edilib. 2024-cü ildə ACE-dən ilk neft hasil olunub.

Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də AÇG-nin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalanıb. 2017 il sentyabrın 14-də AÇG üzrə heft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilib və yenidən tərtib olunaraq imzalanıb.

AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.

Seçilən
61
6
apa.az

5Mənbələr