AZ

Fernandu Santuş Yunanıstan klubunu çalışdıra bilər

Bir müddət əvvəl Azərbaycan millisi ilə yollarını ayıran portuqaliyalı məşqçi Fernando Santuş karyerasını Yunanıstanda davam etdirə bilər.

Operativ Media-nın məlumatına görə , Rui Vitoriya ilə yollarını ayıran "Panatinaikos" hələ də yeni baş məşqçi axtarışındadır. Yunan mətbuatı 70 yaşlı Santuşun namizədlər sırasında olduğunu yazıb.

Təcrübəli çalışdırıcı əvvəllər "Panatinaikos", eləcə də Yunanıstan millisi, PAOK və AEK-i çalışdırıb.

Fernando Santuş Azərbaycan millisində işlədiyi müddətdə bir dəfə də olsun qələbə qazana bilməyib.

Seçilən
31
operativmedia.az

1Mənbələr