AZ

Brüssel hava limanı kiberhücuma məruz qalıb

Cümə günü axşam Brüssel hava limanı da daxil olmaqla bir sıra Avropa hava limanlarında minik və qeydiyyat sistemləri kiberhücuma məruz qalıb.

NOCOMMENT.az bildirir ki, Brüssel Hava Limanının mətbuat xidmətinin məlumatına görə, şənbə günü bir neçə reys gecikəcək və ya ləğv ediləcək.

Mətbuat xidmətinin məlumatına görə, hazırda uçuşların yalnız əllə qeydiyyatı mümkündür. Hazırda sistemlərin funksionallığının bərpası istiqamətində işlər aparılır.

Seçilən
36
nocomment.az

1Mənbələr