AZ

Fövqəladə hallar naziri Naftalanda qəbul keçirib

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən Naftalan şəhərində Heydər Əliyev Mərkəzinin binasında Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulunu keçirib.

Əvvəlcə nazir ümummilli lider Heydər Əliyevin Naftalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
14
xalqqazeti.az

10Mənbələr