AZ

Vətən Müharibəsinin qələbə simvolu: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

Bakı. Trend:

Azərbaycan tarixinin ən əlamətdar biri olan 20 SentyabrXankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinciildir ki, ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu günün təsisolunması sadəcə rəsmi bir tarixdən daha çox, azadlıq, vətən uğrundamübarizənin, milli həmrəyliyin və qəhrəmanlığınəbədiləşdirilməsidir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılovabildirib.

S.Mikayılova qeyd edib ki, 2024-cü il sentyabrın 18-də Prezidentİlham Əliyevin imzaladığı Sərəncamla təsis edilən bu gün, 30 iləyaxın davam edən işğal və çətin mübarizələrin sonunda ölkəmizinərazi bütövlüyünün bərpasının, Azərbaycanın tarixi torpaqlarınındüşmən işğalından azad edilməsinin və həmin şəhərlərdə AzərbaycanDövlət Bayrağının qürurla dalğalanmasının simvoludur.

"Bu tarixi hadisə həm də Azərbaycan xalqının qanı və canıbahasına əldə etdiyi böyük zəfərin ən parlaq nümayişidir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri 30 il ərzindəErmənistanın və qondarma Dağlıq Qarabağ rejiminin silahlıqüvvələrinin işğalı altında olmuş, bu ərazilərdə yaşayan minlərləazərbaycanlı vətənpərvər ağır sınaqlardan keçmişdir. Xocalısoyqırımı kimi faciəvi hadisələr vətəndaşlarımızın yaddaşına dərinhəkk olunub. Lakin Azərbaycan xalqı uzunmüddətli mübarizəninsonunda Vətən müharibəsində qətiyyətli addımlarla öz torpaqlarınıgeri qaytararaq dünyaya böyük mesaj verdi: haqq-ədalət qalibgələcək."

S.Mikayılova əlavə edib ki, 2023-cü il oktyabrın 15-dəXankəndidə Azərbaycan Dövlət Bayrağının ucaldılması ilə butorpaqların əsil sahibi olduğunu nümayiş etdirdi.

"Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri dəAzərbaycanın gələcəyə olan inamını göstərir. QarabağUniversitetinin yaradılması, Ağdərə rayonunun təşkili və yeniinfrastruktur layihələri regionun iqtisadi və mədəni həyatınıyenidən canlandırır. Bu, təkcə şəhərlərin deyil, həm də butorpaqlarda yaşayan insanların həyatlarının yenidən qurulmasıdeməkdir."

Deputat bildirib ki, Prezident İlham Əliyevin və Birinci xanımMehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr,məktəblərin, xəstəxanaların, idman və mədəniyyət obyektlərininaçılışları regionun inkişafını sürətləndirir, gənclərin və gələcəknəsillərin vətənpərvərlik ruhunda yetişməsinə zəmin yaradır.

"20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü eynizamanda milli birlik günüdür. Bu gün biz yalnız tariximizi deyil,həm də gələcəyimizi anırıq. Azərbaycan xalqı bir daha sübut edirki, vətən sevgisi, milli birlik və həmrəylik hər bir çətinliyinöhdəsindən gəlməyin açarıdır. Müzəffər Ali Baş Komandan İlhamƏliyevin azad olunan bölgələrə etdiyi səfərlər, burada keçiriləntədbirlər, infrastrukturun bərpası və yeni sosial obyektlərinistifadəyə verilməsi Azərbaycan dövlətinin gücünü və xalqıniradəsini nümayiş etdirir."

S.Mikayılova vurğulayıb ki, 20 Sentyabr – Xankəndi, Xocalı,Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın tarixindəqalibiyyətin, milli qürurun və gələcəyə inamın simvoludur.

"Bu gün həm də hər bir Azərbaycan vətəndaşının haqq və ədalətuğrunda mübarizənin, milli həmrəyliyin və vətən sevgisinin ənyüksək zirvəsidir. Tariximizi unutmamalı, bu əziz torpaqlardayaşanan qəhrəmanlıqları gələcək nəsillərə yaşatmalı, Azərbaycanınərazi bütövlüyünü və müstəqilliyini daim qorumaq üçün birlikdəçalışmalıyıq. Çünki Azərbaycanın gələcəyi bu günkü zəfərlərin vəuğurların davamıdır."

Məqalədə:
Seçilən
63
3
az.trend.az

4Mənbələr