AZ

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində respublikamızın suverenliyi tam bərpa olunub. Cəmi bir sutkaya yaxın müddətdə 406 kvadratkilometr ərazi düşməndən təmizlənərək Ordumuzun nəzarətinə keçib. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin xeyli canlı qüvvəsi və texnikası məhv edilib, çoxsaylı döyüş sursatı ələ keçirilib.Beləliklə, ərazilərimizdə yaradılmış separatçı rejimin fəaliyyətinə son qoyulub, qeyri-qanuni silahlı dəstələr tərk-silah edilərək ölkəmizdən çıxarılıb.Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaldıb.

Prezidentin 2023-cü il 20 sentyabr tarixli Sərəncamı ilə həmin gün Azərbaycanda Dövlət Suverenliyi Günü kimi də qeyd olunur.

Seçilən
66
39
metbuat.az

10Mənbələr