AZ

Masallı rayonunda 33 yaşlı kişi əmisini baltaladı

Masallı rayonunda 33 yaşlı kişi əmisini baltalayıb.

 

Hadisə rayonun Bədəlan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Elşən Babayev (ad və soyad şərtidir) sərxoş vəziyyətdə yaşadığı evə gələrkən, həyətlərində əmisi Raufu görüb. O, əmisi ilə mübahisə edib və onu evindən qovmaq istəyib. Əmisinin həyətdən çıxmadığını görən Elşən həyətdən baltanı götürərək ona hücum edib. Elşən əmisinə qolundan xəsarət yetirib.

 

Hadisə yerinə polis əməkdaşları gəliblər və fakta görə cinayət işi başlanılıb.

 

Masallı Rayon Məhkəməsinin qərarı ilə E.Babayev 15 gün müddətinə inzibati həbs edilib.

 

Oxu.az

Tarix: 20 Sentyabr 2025, 08:47   
Seçilən
13
9
pravda.az

10Mənbələr