AZ

Tramp Ağ Evdə Ərdoğanla görüşəcək

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcəyini açıqlayıb.

 

Senzor.az bildirir ki, bu barədə o, "Truth Social"da məlumat yayıb.

 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə salamlamaqdan məmnunam. Prezident və mən çoxsaylı ticarət və müdafiə sazişləri üzərində işləyirik, o cümlədən böyük "Boeing" təyyarəsi alqı-satqısı, böyük "F-16" müqaviləsi və "F-35" ilə bağlı danışıqları davam etdiririk. Bu danışıqların müsbət nəticələnməsini gözləyirik", - Tramp yazıb.

 

O, Ərdoğanla münasibətlərini "yaxşı" adlandırıb.

Seçilən
16
5
senzor.az

7Mənbələr