AZ

Tramp Ərdoğanı gələn həftə Ağ Evdə qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcək.

Hurriyyet.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti sosial şəbəkə hesabında məlumat yayıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qarşılamaqdan məmnunam. Prezident və mən çoxsaylı ticarət və müdafiə müqavilələri üzərində işləyirik, o cümlədən böyük “Boeing” alqı-satqısı, böyük F-16 müqaviləsi və F-35 ilə bağlı danışıqları davam etdiririk. Bu danışıqların müsbət nəticələnməsini gözləyirik”, - Tramp yazıb.

Seçilən
24
5
hurriyyet.az

7Mənbələr