AZ

İsraillə razılaşma Suriyanın İbrahim sazişinə qoşulması demək deyil – Əş-Şaraa

Suriya yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya bilər.

Musavat.com xəbər  verir ki, bunu ölkənin keçid dövrü prezidenti Əhməd əl-Şaraa Livanın "Al Mayadeen" telekanalına deyib. Onun sözlərinə görə, belə bir addım yəhudi dövləti ilə münasibətlərin normallaşdırılması demək deyil: "Yaxın günlərdə İsraillə saziş imzalana bilər; bu, 1974-cü ildə imzalanan - Colan təpələrində Suriya və İsrail qüvvələrinin ayrılmasına dair razılaşmaya bənzəyəcək. İsraillə razılaşma heç bir halda münasibətlərin normallaşması və ya Suriyanın İbrahim razılaşmalarına qoşulması demək deyil”.

Qeyd edək ki, sentyabrın 17-də Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və İsrailin strateji planlaşdırma naziri Ron Dermer ABŞ-ın himayəsi altında Londonda danışıqlar aparıblar. Suriya televiziyasının məlumatına görə, tərəflər Colan təpələrində İsrail və Suriya qüvvələrinin döyüşdən çıxarılmasına dair 1974-cü il müqaviləsini əvəz edəcək yeni təhlükəsizlik sazişi layihəsini müzakirə ediblər. Beş saat davam edən görüşdə danışıqlara vasitəçilik edən ABŞ-ın xüsusi nümayəndəsi Tom Barak iştirak edib.

Livanın “Əl Nahar” qəzetinin məlumatına görə, İsrail tərəfi sənəd layihəsini 1979-cu ildə imzalanmış Misir-İsrail sülh müqaviləsi əsasında hazırlayıb.İsrail Dəməşqin cənub-qərbində İsrail sərhədindən məsafədən asılı olaraq müxtəlif təhlükəsizlik rejimləri ilə üç silahsızlaşdırılmış zonanın yaradılmasında israr edir. Suriyaya orada polis qüvvələrini yerləşdirməyə icazə veriləcək, lakin bu zonalar üzərində hava uçuşları qadağan ediləcək. İsrail də öz növbəsində Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra qüvvələrinin 2024-cü ilin dekabrında ələ keçirdiyi Hermon dağına (Cəbəl əl-Şeyx) nəzarəti əlində saxlayacaq.

Musavat.com

Seçilən
52
musavat.com

1Mənbələr