AZ

Əl-Şaraa: Yaxın günlərdə İsraillə müqavilə imzalana bilər

“Suriya yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya bilər, lakin bu, Təl-Əvivlə münasibətlərin normallaşmasına bərabər deyil.”

APA xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şaraa bildirib.

"Suriya ABŞ-ın vasitəçiliyi ilə İsraillə razılığa gəlməyə çox yaxındır və yaxın günlərdə sənəd imzalana bilər. Sənəd 1974-cü il razılaşmasına bənzəyəcək. Lakin bu, heç bir halda münasibətlərin normallaşması və ya Suriyanın İbrahim razılaşmalarına qoşulması demək deyil", - əş-Şaraa deyib.

Seçilən
30
5
apa.az

6Mənbələr