AZ

Ərdoğan Trampla müzakirə edəcəyi məsələləri açıqladı



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlara səfəri çərçivəsində Amerika prezidenti Donald Trampla görüşündə müzakirə edəcəyi məsələləri açıqlayıb.

Newscenter.az xəbər verir ki, Türkiyə lideri bu barədə facebook sosial şəbəkə hesabında paylaşım edib.

"Dəyərli həmkarım və dostum, ABŞ prezidenti cənab Donald Trampla Ağ Evdə görüşümüzdə geniş strateji əlaqələrə malik olan müttəfiqimiz ABŞ-la bir çox məsələləri, ilk növbədə ticarət, investisiya və müdafiə sənayesi sahələrini müzakirə edəcəyik.

İnanıram ki, Prezident Trampla görüşümüz qlobal sülhün ortaq vizyonumuz çərçivəsində bölgəmizdə müharibə və münaqişələrin sona çatmasına töhfə verəcək və ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək",-deyə Ərdoğan bildirib.

Süleyman
Seçilən
26
1
newscenter.az

2Mənbələr