Axşam saatlarında Lənkəranda əsən güclü külək ciddi fəsadlara səbəb olub.
Teleqraf-ın cənub bürosunun verdiyi xəbərə görə, güclü külək nəticəsində irigövdəli ağaclar aşıb və onların bəziləri elektrik naqillərinin, internet xətlərinin üzərinə düşüb. Nəticədə şəhərin mikrorayon,Səttərxan küçələrində, həmçinin Sütəmurdov və Velədi kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri və digər aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.