AZ

Lənkəranda əsən güclü külək rayon ərazisində bir sıra fəsadlar törədib FOTO

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Lənkəranda güclü külək nəticəsində irigövdəli ağaclar aşıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə axşam saatlarında Lənkəranda əsən güclü külək bir sıra fəsadlar törədib.

Rayon ərazisində irigövdəli ağaclar elektrik naqillərinin, internet xətlərinin üzərinə aşıb.

Şəhərin mikrorayon, “Raypo” adlanan ərazilərində, Səttərxan küçəsində, Sütəmurdov və Velədi kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti dayanıb.

Əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri, eləcə də aidiyyəti qurumların nümayəndələri cəlb olunub.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
3
apa.az

4Mənbələr