AZ

İtaliyadan İsrailə partlayıcı yüklərin daşınması dayandırılıb

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Liman işçilərinin xəbəri və yerli hökumətin hərəkətindən sonra İtaliyanın şimal-şərqindəki Ravenna şəhərində partlayıcı yüklü konteynerlərin İsrailə daşınması dayandırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ravenna limanındakı işçilərin xəbərindən sonra Ravenna Bələdiyyəsi və Emiliya-Romanya Regional Hökumətinin səyləri nəticəsində İsrailin Hayfa limanına partlayıcı daşıyan iki konteynerin gedişi dayandırılıb. Belə ki, Ravenna meri Alessandro Barattoni də hökumətdən İsrailə silah göndərilməsini dayandırmağı tələb edib.

Bundan əlavə, müxalifətin solçu partiyaları Ravennada təşəbbüsü alqışlayıb.

Məhəmməd Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
525.az

1Mənbələr