AZ

Tramp Ərdoğanla görüşəcək

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, müvafiq mesajı "Truth Social"da yayımlayıb.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə salamlamaqdan məmnunam. Prezident və mən çoxsaylı ticarət və müdafiə sazişləri üzərində işləyirik, o cümlədən böyük "Boeing" təyyarəsi alqı-satqısı, böyük "F-16" müqaviləsi və "F-35" ilə bağlı danışıqları davam etdiririk. Bu danışıqların müsbət nəticələnməsini gözləyirik", - Tramp yazıb. Marqarita pizza

O, Ərdoğanla münasibətlərini "yaxşı" adlandırıb./Oxu.az


Telegram kanalımız
Seçilən
31
5
yenisabah.az

7Mənbələr