AZ

Tramp Ərdoğanı gələn həftə Ağ Evdə qəbul edəcək


ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ prezidenti sosial şəbəkə hesabında məlumat yayıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qarşılamaqdan məmnunam. Prezident və mən çoxsaylı ticarət və müdafiə müqavilələri üzərində işləyirik, o cümlədən böyük “Boeing” alqı-satqısı, böyük F-16 müqaviləsi və F-35 ilə bağlı danışıqları davam etdiririk. Bu danışıqların müsbət nəticələnməsini gözləyirik”, - Tramp yazıb.
Seçilən
9
4
yeniavaz.com

6Mənbələr