AZ

Trampın milyardlar qazanmaq istəyi puç oldu

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın "The New York Times"a qarşı iddiası düzgün olmayan şikayətə görə təxirə salınıb.

Hafta.az xəbər verir ki, Florida məhkəməsi Trampın iddiasını rədd edən qərar çıxarıb.

məhkəmənin qərarında deyilir: "Şikayət 28 gün müddətində ona dəyişiklik edilməsinə icazə verilməklə rədd edilir. Dəyişiklik edilən şikayət 40 səhifədən çox olmamalıdır".

Qeyd edək ki, Tramp məşhur media qurumunu “radikal solçu Demokratik Partiyanın ruporu” və “ölkənin ən pis qəzetlərindən biri” adlandırıb. O, qəzetə qarşı 15 milyard dollarlıq iddia qaldırıb.

Seçilən
63
3
hafta.az

4Mənbələr