Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Zəngilan rayonunda Dövlət Yanğından Mühafizə Xidmətinin yeni inzibati binası inşa olunacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, FHN-in Əsaslı Tikinti İdarəsi tərəfindən elan olunan tenderə əsasən, rayon ərazisində 4 çıxışlı yanğınsöndürmə deposu və inzibati bina tikiləcək.
Layihənin ümumi dəyəri 3 milyon 317 min manat olaraq göstərilib.
Yeni binanın istifadəyə verilməsi Zəngilan rayonunda yanğın təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunmasına, fövqəladə hallara operativ müdaxilə imkanlarının gücləndirilməsinə xidmət edəcək.