AZ

Bu rayonda yeni yanğınsöndürmə binaları tikiləcək - 3,3 milyonluq LAYİHƏ

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Zəngilan rayonunda Dövlət Yanğından Mühafizə Xidmətinin yeni inzibati binası inşa olunacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, FHN-in Əsaslı Tikinti İdarəsi tərəfindən elan olunan tenderə əsasən, rayon ərazisində 4 çıxışlı yanğınsöndürmə deposu və inzibati bina tikiləcək.

Layihənin ümumi dəyəri 3 milyon 317 min manat olaraq göstərilib.

Yeni binanın istifadəyə verilməsi Zəngilan rayonunda yanğın təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunmasına, fövqəladə hallara operativ müdaxilə imkanlarının gücləndirilməsinə xidmət edəcək.

Seçilən
6
1
far.az

2Mənbələr