AZ

Ermənistanın sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın təklifi ilə sərhəd qoşunlarının komandanı Edqar Hunanyanı vəzifəsindən azad edib.

Teleqraf xəbər verir ki, müvafiq fərman Ermənistan prezidentinin saytında dərc olunub .

"Edqar Hunanyan Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilsin", - sənəddə qeyd olunur.

Hunanyanın işdən çıxarılma səbəbləri açıqlanmayıb. O, 2024-cü ilin iyulunda Ermənistan Sərhəd Qoşunlarının komandanı təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
4
olaylar.az

5Mənbələr