Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı Murad Əhmədiyev tarixi uğura imza atıb.
KONKRET.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Əhmədiyev əvvəlcə italiyalı Nikoloz Kaxelaşvilini (4:1), ardınca qırğızıstanlı Uzur Cuzupbekovu (5:1) məğlub edib.
O, 1/4 finalda dünya və Avropa çempionu olan ermənistanlı Artur Aleksanyana 3:3 hesablı bitən görüşdə sonuncu xal üstünlüyü ilə qalib gəlməyi bacarıb.
***
Azərbaycanın daha üç yunan-Roma güləşçisi Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə start verir.
KONKRET.az xəbər verir ki, bu gün güləşçilərimizdən 97 kiloqramda Murad Əhmədiyev, 60 kiloqramda Nihat Məmmədli, 72 kiloqramda Ülvi Qənizadə çıxış edəcəklər.
Qeyd edək ki, Nihat Məmmədli və Ülvi Qənizadənin rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək. Murad Əhmədiyev isə ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə döşək üzərinə çıxacaq.