Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı Murad Əhmədiyev tarixi uğura imza atıb.
Apasport.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Əhmədiyev əvvəlcə italiyalı Nikoloz Kaxelaşvilini (4:1), ardınca qırğızıstanlı Uzur Cuzupbekovu (5:1) məğlub edib.
O, 1/4 finalda dünya və Avropa çempionu olan ermənistanlı Artur Aleksanyana 3:3 hesablı bitən görüşdə sonuncu xal üstünlüyü ilə qalib gəlməyi bacarıb.
Bu qələbə Azərbaycan güləşçilərinin Aleksanyan üzərində qazandığı ilk tarixi zəfər kimi yadda qalıb.
Təmsilçimiz dünya ikincisi olub
Dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək
Bakıda 2026-cı ildə U-17 Dünya güləş çempionatı keçiriləcək
Tokio Olimpiadasının mükafatçısı AGF-də koordinator olub
Osman Nurmaqomedov: “Onlara qalib gəlməyin yolunu bilirəm”