AZ

“Günəş sistemindən kənarda 6 min planet kəşf edilib” – NASA

NASA Günəş sistemindən kənarda kəşf edilən planetlərin sayının 6 minə çatdığını açıqlayıb.

Busaat.az xəbər verir ki, Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bildirib ki, ekzoplanet kəşfi 1992-ci ildə pulsar ətrafında fırlanan iki planetin aşkarlanması ilə başlayıb.

İlk ekzoplanetin 1995-ci ildə əsas ardıcıllıqlı bir ulduz ətrafında kəşf edildiyi, Kepler və TESS missiyaları ilə kəşflərin sürətləndiyi qeyd edilib. 2015-ci ildə Kepler 1000-ci ekzoplanetini təsdiqlədi, 2016-cı ildə isə cəmi bir il ərzində təxminən 1500-ü kəşf edildi. 2022-ci ilin mart ayında bu rəqəm 5 minə çatıb və bu dəfə  minə yüksəlməklə daha bir əhəmiyyətli elmi mərhələnin keçdiyi açıqlandı.

Açıqlamada həmçinin qeyd olunub ki, aşkar edilən ekzoplanetlərin əksəriyyəti Günəş sistemindəki planetlərə heç bir bənzəmir.

Yeganə

Seçilən
11
busaat.az

1Mənbələr