NASA Günəş sistemindən kənarda kəşf edilən planetlərin sayının 6 minə çatdığını açıqlayıb.
Busaat.az xəbər verir ki, Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bildirib ki, ekzoplanet kəşfi 1992-ci ildə pulsar ətrafında fırlanan iki planetin aşkarlanması ilə başlayıb.
İlk ekzoplanetin 1995-ci ildə əsas ardıcıllıqlı bir ulduz ətrafında kəşf edildiyi, Kepler və TESS missiyaları ilə kəşflərin sürətləndiyi qeyd edilib. 2015-ci ildə Kepler 1000-ci ekzoplanetini təsdiqlədi, 2016-cı ildə isə cəmi bir il ərzində təxminən 1500-ü kəşf edildi. 2022-ci ilin mart ayında bu rəqəm 5 minə çatıb və bu dəfə minə yüksəlməklə daha bir əhəmiyyətli elmi mərhələnin keçdiyi açıqlandı.
Açıqlamada həmçinin qeyd olunub ki, aşkar edilən ekzoplanetlərin əksəriyyəti Günəş sistemindəki planetlərə heç bir bənzəmir.
Yeganə