Avropa Komissiyası Aİ-nin Rusiyaya qarşı sayca 19-cu sanksiyalar paketini təsdiqləyib. Trend xəbər verir ki, bu barədə AK rəsmi nümayəndəsi Paula Pinyu jurnalistlərə açıqlamasında deyib.
“Komissiya Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Söhbət 19-cu paketdən gedir. Xanım sədr fon der Lyayen ali nümayəndə Kay Kallasla bu məsələ ilə bağlı bəyanatla çıxış edərək, 19-cu sanksiyalar paketini elan edəcəklər”, - deyə Pinyu bildirib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyanat edib ki, Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketi çərçivəsində Rusiyanın “Rosneft” və “Qazpromneft” şirkəti ilə bütün sövdələşmələrə tam qadağa tətbiq edəcək.